Əlaqə Arxiv
news Image
2013.01.07
12:10
| A A A
Depardye Rusiyada kənd həyatını seçdi
Fransalı artistə Saranskda arzusuna uyğun istənilən ev təklif olunub

Rəsmi Parisin yeni vergi siyasətindən Rusiyaya sığınmış Fransalı aktyor Jerar Depardye Rusiya pasportunu aldıqdan sonra, Saransk şəhərində qəhrəmancasına qarşılanıb. Aeroportda fransalı kinoulduzu vilayət qubernatoru və rus milli geyimində olan qadınlar salamlayıb.

Aktyor soyuq rus şəhərində ekskursiyaya çıxmazdan əvvəl kütləyə yeni rus pasportunu əyani olaraq nümayiş etdirib. Yerli telekanalın verdiyi məlumata görə, Depardyenin Saransk sakini olmasını istəyərn Qubernator, aktyora xoşuna gələn istənilən mənzili hədiyyə etməyi təklif edib.

75 faizlik gəlir vergisindən qaçınan milyonçu, 13 faizli verginin tutulduğu Rusiyada harada qalacağı barədə qərarlaşmasada, paytaxtın həddən ziyadə böyük şəhər olduğunu əsas gətirərək, Moskvanı istisna edib. Depardye Rusiyada kənd şəraitində qalmağa üstünlük verdiyini gizlətməyib.

Sizin Reklam Yeriniz