Əlaqə Arxiv
news Image
2013.01.08
07:40
| A A A
Azərbaycan kəşfiyyat BRDM-lərinin istehsalına başlayıb
Müdafiə sənayesi naziri bildirib ki, maşın ordunun kəşfiyyat imkanlarını artıracaq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Çoxməqsədli Yüngül Zirehli Transportyor (BRDM) tipli maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb. Bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində deyib. Y.Camalov bildirib ki, maşın ordunun kəşfiyyat imkanlarını artıracaq. Bu maşın 23 millimetrlik top, iki qoşa pulemyot, qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin digər vasitələrlə təchiz olunub. Maşın vasitəsilə kəşfiyyat aparmaqla düşmənin həm yerüstü, həm də havadakı hədəflərini məhv etmək mümkündür.

Sizin Reklam Yeriniz