Əlaqə Arxiv
news Image
2013.01.09
07:11
| A A A
Keyfiyyətsiz məhsulları Azərbaycana gətirmək istəyənlər var
"Problemdən çıxış yolları müzakirə olunarkən, layihələr təqdim olunarkən dövlət nəzarətinin təkmilləşdirilməsi vacib məsələ kimi qoyulur”

"Azərbaycan parlamenti tərəfindən hazırlanan Rəqabət Məcəlləsi dünyəvi standartlara cavab verən sənəddir". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, antiinhisar siyasətinin müxtəlif aspektləri olduğunu bildirib: "Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bütün strukturları mövcuddur. Biz daxili bazarımızı sivil yollarla qorumaq əzmindəyik. İstər daxili, istər xarici şirkətlərin yol verdiyi neqativ hallarla da üzləşirik. Qanunvericilikdə nəzərdə tutulmayan yollarla maya dəyərini şişirdənlər, keyfiyyətsiz məhsulları Azərbaycana gətirmək istəyənlər də var. Bunlar bütün ölkələrdə rast gəlinən hallardır".

Onun sözlərinə görə, sevindirici haldır ki, problemdən çıxış yolları müzakirə olunarkən, layihələr təqdim olunarkən dövlət nəzarətinin təkmilləşdirilməsi vacib məsələ kimi qoyulur.

Komitə sədri vurğulayıb: "Biz Rəqabət Məcəlləsini müzakirə edirik və bu, dünyəvi standartlara cavab verən sənəddir. Parlamentdə sənədin qəbulunun yubanmasına səbəb isə son on ildə Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklərin baş verməsidir. Vəziyyət tələb edirdi ki, bu yenilikləri nəzərə alaq".
Sizin Reklam Yeriniz