Əlaqə Arxiv
news Image
2013.01.15
00:10
| A A A
Mehriban Əliyeva “Afrika üçün qabaqcıl inkişaf Fondu”nun rəhbərliyi ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yanvarın 14-də "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb. Bu barədə AzərTAc  xəbər yayıb. Görüş zamanı Mehriban Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə edib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, Fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır. "Bu baxımdan Fondlarımızın fəaliyyəti oxşardır", deyən Mehriban Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırıb, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulayıb. Xanım Kumba Ture dəvət üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qonaq Fondun fəaliyyətindən xəbərdar olduğunu bildirib, həyata keçirilən layihələrin uğurları münasibətilə Azərbaycanın birinci xanımını təbrik edib. Xanım Kumba Ture həm Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin üst-üstə düşdüyü üçün məmnunluq ifadə edib, birgə əməkdaşlıqdan qürur duyacaqlarını bildirib.


Sizin Reklam Yeriniz