Əlaqə Arxiv
news Image
2013.01.17
21:06
| A A A
Mehmət Əli Birandın ölümü təsdiqləndi

Türkiyənin məşhur xəbər jurnalisti Mehmət Əli Birand vəfat edib. Xəbər onun əməliyyat olunduğu xəstəxanadan verilib. Bu gün günün birinci yarısında "Hürriyet" qəzeti yanvarın 16-da öd kisəsindən əməliyyat olunan 72 yaşlı M. Ə. Birandın beyin funksiyalarının dayandığı xəbərini verib. Lakin jurnalistin oğlu Umur Birand "Twitter" vasitəsilə bu informasiyanı təkzib edərək atasını reanimasiyada olduğunu bildirib və hər kəsdən atası üçün dua etməsini istəyib.  M. Ə. Birandın müalicə olunduğu xəstəxanadan da açıqlama gəlib. İstanbuldakı Amerikan Xəstəxanası M. Ə. Birandın reanimasiyada müalicəsinə davam edildiyini bəyan edib. Qeyd edək ki, jurnalist daha əvvəl cərrahiyyə əməliyyatı olunaraq öd kisəsinə stend taxılmışdı. Son cərrahiyyə əməliyyatı stendin dəyişdirilməsi məqsədilə aparılıb.

Sizin Reklam Yeriniz