Əlaqə Arxiv
news Image
2013.01.20
10:05
| A A A
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

Bu gün 20 yanvar hadisələrinin 23-cü ildönümüdür. Movqe.az-ın məlumatına görə, səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Azərbaycan prezidenti İlham Əliyev də Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Prezident İlham Əliyev "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Sizin Reklam Yeriniz