Əlaqə Arxiv
news Image
2013.01.22
06:57
| A A A
Qurudakı neft quyularının "bəxti" yenidən açılır
İlham Şaban: "Quruda neft hasilatının həcmini artırmaq üçün geoloji-kəşfiyyat işlərini sürətləndirmək lazımdır"

Son vaxtlar dünya bazarında neftin qiyməti durmadan bahalaşır. Azərbaycan neftinin orta qiyməti bir barrel üçün təxmiən 114 dollar təşkil edir ki, bu da dövlət büdcəsində proqnozlaşdırılan qiymətdən yüksəkdir. Bu qiymətə neftini dünya bazarına çıxarmaq Azərbaycan üçün olduqca sərfəlidir.

Amma neft hasilatının son illlər aşağı düşdüyünü nəzərə alsaq, yaranan stiuasiya kifayət qədər maraq doğurur.

Qeyd edək ki, Azərbaycanın Xəzər dənizilə yanaşı, quruda da neft ehtiyatları var. Amma ondan tam istifadə olunmur və əsas səbəb kimi də rentabelliyin aşağı olması göstərilir. Dünya bazarlarında neftin qiymətinin artması fonunda isə vəziyyət dəyişə bilər.

Ekspertlər hesab edirlər ki, quruda neft və qaz hasilatını artırmaq mümkündür. Xüsusilə dünya bazarında qiymətlərin bahalaşdığı bir vaxtda neft və qaz hasilatını artırmaq məqsədəuyğun hesab edilir.

Azərbaycanın neft şirkətlərinin quruda neft və qaz hasil etmək sahəsində dərin təcrübəsinin olduğunu deyən neft məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, quruda neft hasilatının həcmini artırmaq üçün geoloji-kəşfiyyat işlərini sürətləndirmək lazımdır: "Azərbaycanın quruda neft ehtiyatları ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Qurudakı neft ehtiyatlarının 145 milyon ton, təbii qaz ehtiyatlarının isə 47 milyard kubmetr olduğu proqnozlaşdırılır. Başqa rəqəmlər də səsləndirirlər. Proqnozlar müxtəlifdir. Dövlət Neft Şirkətindən bildirirlər ki, yerin dərinliklərinə getdikcə yeni ehtiyatlar tapmaq olar. Məndə olan məlumatlara görə, 2013-cü ildə ARDNŞ quruda bir neçə geoloji kəşfiyyat işləri aparacaq, quyular qazacaq. Neft şirkətinini gəlirləri artdıqca kəşfiyyat-qazma işlərinə investisiyanı artırır. Qazılan quyuların heç də hamısı proqnozları doğrultmur. Quyu qazıntısı böyük xərclər aparır. Mövcud neft quyularının əksəriyyətində neft qurtarıb. Neft borularının çatdığı nöqtəyə qədər olan neft daşınıb. Daha dərin qatlara getmək lazımdır. Bunun üçün isə pul tələb olunur".

Ekspertə görə, mövcud neft yataqlarının yenidən işlənilməsi və ya yeni neft quyularının qazılması işləri həyata keçirilsə bu, ARDNŞ üçün milyardlarla dolların xərclənməsi deməkdir: "ARDNŞ-in təcrübəsi var, amma texnologiyalar köhnəlib. Ölkəyə modern texnologiyaların gətirilməsi lazımdır. Hələ ki, xarici şirkətlər Azərbaycanda quruda neft axtarışlarına maraq göstərmir. Bir sıra hallarda kəşfiyyat, qazma işlərinin xərcləri şişirdilir. Bu da ARDNŞ üçün sərf eləmir". İ.Şaban hesab edir ki, dünya bazarında neftin qiyməti qalxdıqda ARDNŞ qurudakı neft yataqlarının fəaliyyətini gücləndirir: "Amma yeni yataqların tapılması daha məqsədə- uyğundur. İndiki neft yataqlarının böyük əksəriyyəti sovet dövründən bəri işlənilir".
Sizin Reklam Yeriniz