Əlaqə Arxiv
news Image
2013.01.24
00:12
| A A A
İsmayıllıda "Çıraq" otel və qarşısındakı avtomobillər yandırıldı

İsmayıllı şəhərindəki "Çıraq" otelinin qarşısında xeyli insanın iştirakı ilə etiraz aksiyası keçirilir.

Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus "Hummer" və iki ədəd "Chevrolet" markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib. FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.


Sizin Reklam Yeriniz