Əlaqə Arxiv
news Image
2013.01.24
16:28
| A A A
Əli Həsənov İsmayıllı hadisələrindən danışdı
Movqe.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirib. Şöbə müdiri öz açıqlamasında qeyd edib ki, yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş olayla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi müvafiq açıqlama yayıb, məsələnin təfərrüatı və həyata keçirilən tədbirlər haqqında ictimaiyyətə lazımi məlumat veriblər: "Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar. Bununla yanaşı, bildirmək istərdim ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltmək, insanlardan öz məqsədləri üçün istifadə etmək, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, dövlət orqanlarının fəaliyyətini iflic etmək, həmçinin, dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər. Biz rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırırıq. Bu olayın səbəbkarları və ondan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək. Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək".

 

 

 


Sizin Reklam Yeriniz