Əlaqə Arxiv
news Image
2013.01.24
17:18
| A A A
İsmayıllının icra başçısı ona dəyən ziyandan danışdı
Nizami Ələkbərov: "Bir qrup gənc insanları qızışdıraraq mənim əleyhimə qaldırıblar. Onlar mənim istefam ilə bağlı şuarlar səsləndiriblər"

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov rayonda baş vermiş hadisələrlə bağlı sualları cavablandırıb.


- Dünənki aksiyanın sizinlə nə əlaqəsi var?


-Nə mənimlə, nə də mənim yaxınlarımla heç bir əlaqəsi yoxdur.


-Bəs onda niyə görə sizin şəxsi əmlakınızı yandırıblar?


-Bir qrup gənc insanları qızışdıraraq mənim əleyhimə qaldırıblar. Onlar mənim istefam ilə bağlı şuarlar səsləndiriblər. Bu tam şəxsi münasibətlər zəminində baş vermiş hadisədir.


Deyilənlərə görə, hadisənin baş verməsində əsas səbəbkar olan iki şəxs var ki, onların biri Sosial İqtisadi İnkiaşf nazirinin qohumu, digəri isə sizin bacınız nəvəsidir.


-Mənim elə bacım nəvəsi yoxdur. Həmin gün nazirin qohumu rayonda olmayıb. Hadisəni "Çıraq" otelində işləyən 2 şəxs, Emil Şəmsəddinov və Elməddin Məmmədov törədib. Onlar alkoqollu içki qəbul edərək idarə etdikləri avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Bundan sonra avtomobil digər maşına dəyib. Avtomobildən düşən iki şəxs zərər dəymiş avtomobilin sahibini döyüblər. Bundan sonra İsmayıllı rayon əhalisinə nalayiq və təhqiramiz sözlər işlədiblər. Səsə-küyə insanlar yığışıb. İnsanlar elə düşünüb ki, həmin şəxslərdən biri mənim qohumumdur. Ona görə də, sakinlər mənim şəxsi əmlakıma hücum ediblər.


Şəxsi əmlakıma hücum edilməsinin səbəbi mənim qohumumun orada iştirak etməsi deyil, bir qrup gəncin mənim istefamı istəmisidir.


-Hadisə zamanı sizə nə qədər ziyan dəyib?


Əmlakımda olan 1 "Toyota Land Cruiser", 3 skuter, 2 motosiklet, 1 "Hummer", 2 "Chevrolet Niva", "Chevrolet Camaro" avtomobilləri yandırılaraq yararsız hala salınıb. Eləcə də, "Çıraq" oteli 2 dəfə yandırılıb. Otel yandırılmamışdan əvvəl talan olunub və içərisindəki bahalı əşyalar oğurlanıb.

Sizin Reklam Yeriniz