Əlaqə Arxiv
news Image
2013.01.26
16:03
| A A A
Paytaxtda aksiya keçirildi

Bu gün Bakıda bir qrup gənc etiraz aksiyası keçirib. Aksiya ilə bağlı sosial şəbəkələrdə bir qrup gəncin müraciəti yayılıb. Aksiya İsmayıllı rayonlarında baş verən son hadisələrə etiraz məqsədi daşıyır. Polis tədbirin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını əsas gətirərək, ərazini nəzarətə götürüb. Aksiya əvvəlcə Fəvvarələr meydanına təyin olunsa da, daha sonra Sahil bağı və Milli Parkda bir qrup siyasi fəal İsmayıllı rayonuna dəstək və "Azadlıq" şüarı səsləndiriblər. Aksiya iştirakçıları arasında olan Emin Milli, Turqut Qəmbər, İntiqam Əliyev, Şahvələd Çobanoğlu, Məlahət Nəsibova, Xədicə İsmayıl, Gözəl Bayramlı və başqaları saxlanılıblar.  Polis aksiyada saxlanılan jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olduqlarını göstərən gödəkcə geyinmədiklərini, onlardan bəzilərinin şüarlar səsləndirdiklərini qeyd edib. Aksiyada saxlanılanların dəqiq sayı bəlli deyil.

Sizin Reklam Yeriniz