Əlaqə Arxiv
news Image
2013.01.30
07:54
| A A A
Sosial şəbəkələrdə cəzasızlığın yol açdığı tərbiyəsizlik
Müzəffər Baxışov: "Anonim adlarla sosial şəbəkələrdə səhifə yaradıb kimlərisə təhqir və böhtana məruz qoymaq məsuliyyətsizlik, cəzasızlıq yarada bilməz" Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Cəmiyyətin aktiv təbəqəsinin böyük əksəriyyəti gündəlik virtual aləmdə münasibətlər qurur, yaradır. Amma bu münasibətlərə hüquqi nəzarət həyata keçirilmir v

Məsələn, "Youtube", "Facebook" kimi məşhur sosial şəbəkələrdə bəzən Azərbaycanın çox nüfuzlu dövlət nümayəndələri, siyasətçiləri, mədəniyyət xadimləri təhqir olunur, aşağılanır, böhtan, şantaja məruz qalırlar. Müxtəlif ad altında gizlənib, yeni profillər yaradıb və əldə etdiyi tribunanan imkanlarından yararlanaraq toplumun sayqı göstərdiyi insanları, dəyərləri aşağılayanlar bir çox hallarda hüquqi məsuliyyətdən kənarda qalırlar.

Qonşu Türkiyədə bir müddət öncə "Facebook"da ölkə prezidenti Abdullah Gülü təhqir edən şəxs cinayət məsuliyyətinə cəlb olunub, 2 ilə qədər azadlıqdan məhrum edilmişdi. Azərbaycanda isə hələ ki, rəsmilər haqqında hədyanlar yazan, dövlət qurumlarını, orada çalışanları aşağılayanlar məsuliyyətə cəlb olunmurlar. Bir müddət öncə "Facebook" sosial şəbəkəsində Azərbaycan parlamentini zoopark adlandıran "siyasətçi"lərdən birini millət vəkilləri sadəcə, qınamaqla kifayətləndilər.

Bundan başqa radikal müxalifətin bəzi nümayəndələri az qala hər gün "Facebook"da dövlət məmurlarını, milli, dini dəyərləri aşağılamaqla məşğuldular. Çoxumuz onların statusunu oxuyanda "tərbiyəsiz", "səviyyəsiz" deyib, özümüzü görməməzliyə vururuq. Halbuki, real həyatda məmura, siyasətçiyə "Facebook"da onun barəsində yazılanları desək, bir varlıq olaraq çətin ki əsəblərini, hislərini cilovlaya bilsin.

Bir müddət öncə millət vəkilləri sosial şəbəkələrlə bağlı qanun layihəsinin hazırlanmasını təklif etmişdi. Xüsusilə, vətəndaşların anonim imza ilə "Facebook"da səhifə açmalarını qadağan edən qanunun qəbulu vacib sayılırdı. Təklif kifayət qədər dəstəklənməsə də, problem aktuallağını qoruyur. Sual olunur, "Facebook"da və digər sosial şəbəkələrdə təhqir və böhtana qarşı necə mübarizə aparmaq olar?

Bu sualla müraciət etdiyimiz "Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov sosial şəbəkələrin statusunun müəyyənləşdirilməsini vacib sayır. Onun sözlərinə görə, adından da göründüyü kimi bu şəbəkələr fərdi yox, sosial xarakter daşıyır: ""Facebook", "Youtube", "Twitter" kimi şəbəkələrdə ictimai əhəmiyyət kəsb edir və oradakı təhqir və böhtanları "bu mənim öz səhifəmdə özümün oxumağım üçün yazdığım fikirlərdir" deyib, məsuliyyətdən boyun qaçırmaq mümkün deyil. Ən azından aparıcı ölkələrin təcrübəsi və həmin ölkələrin anoloji işlərlə bağlı çıxardıqları qərarlar bunun belə olmadığını göstərir. Sosial şəbəkələr kütləvi informasiya vasitəsi statusundadır. Necə ki, jurnalist təhqir və böhtana görə, cinayət məsuliyyəti daşıyır, sosial şəbəkələrdəki fikirlərinə görə də, hər kəs məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində böhtan və təhqirə görə nəzərdə tutulan cinayət məsuliyyətləri sosial şəbəkələrin üzvləri üçün də keçərlidir".

Bu günə qədər sosial şəbəkələrdə təhqir və böhtana məruz qalan şəxslərin məhkəməyə müraciət etməmələrinə gəlincə, M.Baxışov bunu Azərbaycan reallığı ilə əlaqələndirir: "Biz öz haqqımızı hüquqi müstəvidə müdafiə etməyə həvəsli deyilik. Ya barəmizdə deyilənləri qulaqardına vururuq, hansısa xəstə təxəyyülün məhsulu hesab edib yolumuza davam edirik, ya da şəxsi dədə-baba qaydası ilə cəzalandırırıq. Nə qədər insan sosial şəbəkələrdə barəsində təhqir və böhtanlar yazan başqasını cəzalandırıb və bununla da özünü məsuliyyət altına qoyub? Halbuki, belə şəxsləri məhkəməyə verib barələrində hüquqi ölçü götürmək mümkündür".

M.Baxışova görə, anonoim adlarla sosial şəbəkələrdə səhifə yaradıb kimlərisə təhqir və böhtana məruz qoymaq məsuliyyətsizlik, cəzasızlıq yarada bilməz: "Bu gün texnologiya o qədər inkişaf edib ki, istənilən anonim profilik hansı "İP"dən, hansı ölkədən, rayon və kənddən, kompüterdən internetə qoşulduğunu müəyyən etmək olar. Kompüter texnologiyalarından xəbəri olan şəxslər yaxşı bilirlər ki, anonim profilin arxasında duran real insanı tapmaq o qədər də çətin deyil. Bütün bunlara baxmayaraq, Azərbaycanda hələ ki, sosial şəbəkələrdə təhqir və böhtanla məşğul olan şəxslərə qarşı hüquqi müstəvidə mübarizə gücləndirilməyib".
Sizin Reklam Yeriniz