Əlaqə Arxiv
news Image
2013.01.31
17:20
| A A A
Zaqatalada heç bir aksiya keçirilməyib

Son günlər bəzi kütləvi informasiya vasitələrində Zaqatala rayonunda zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlərə kompensasiyaların verilməməsi ilə əlaqədar kütləvi şəkildə narazılıqların və aksiyaların keçirilməsi ilə bağlı əsassız materiallar dərc edilir.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, 26 yanvar 2013-cü il tarixdən başlayaraq rayon ərazisində zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşlara kompensasiyaların verilməsinə başlanılıb: "Ümumiyyətlə, rayon ərazisində əhaliyə kompensasiyaların verilməsi prosesi bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq 30 yanvar 2013-cü il tarixədək 1304 ailəyə kompensasiyalar ödənilib və bu proses davam etdirilir. Hal-hazırda FHN-nin rayonda fəaliyyət göstərən müvafiq komissiyaları tərəfindən vətəndaşların müraciətləri əsasında rayonun 5 yaşayış məntəqəsində evlərə təkrar baxışlar keçirilir və bu proses davam etdiriləcək".

Açıqlamada vurğulanır ki, rayonda ictimai-siyasi vəziyyət normaldır, heç bir aksiya və ya piket keçirilməyib.

Sizin Reklam Yeriniz