Əlaqə Arxiv
news Image
2017.06.04
13:00
| A A A
Sabahın HAVAsı

İyunun 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% təşkil edəcək.

Sizin Reklam Yeriniz