Əlaqə Arxiv
news Image
2017.06.16
13:45
| A A A
17 iyunda gözlənilən hava şəraiti açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 17-dəarabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, günün ikinci yarısında havanındəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilib: "Mülayim şimal-qərb küləyi  əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə15-18, gündüz 21-25,Bakıda gecə 16-18, gündüz 23-25dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 85-95, gündüz 65-75faiz təşkil edəcək.  Azərbaycanın rayonlarında iyunun 17-dəbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi  gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 26-31, dağlarda gecə13-18,gündüz20-25dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlıq 
İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

 

 

Sizin Reklam Yeriniz