Əlaqə Arxiv
news Image
2017.12.14
14:00
| A A A
Sabahın hava proqnozu açıqlandı

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12° isti olacaq.   
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Sizin Reklam Yeriniz