Əlaqə Arxiv
news Image
2018.05.28
18:30
| A A A
Rayonlarda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bəzi rayonlarda sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən movqe.az-a verilən məlumata görə, mayın 29-dan 30-u gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntı ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
 
 

Sizin Reklam Yeriniz