Əlaqə Arxiv
news Image
2018.06.06
16:49
| A A A
Nazirlik xəbərdarlıq edir: iyunun 11-dək...
Ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 9-da gecə və səhər  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
 
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.
 
 
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 27-32,  Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. 
 
 
Azərbaycanın rayonlarında iyunun 7-də gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.  
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 
Sizin Reklam Yeriniz