Əlaqə Arxiv
news Image
2018.06.10
21:37
| A A A
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarmadasında iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  movqe.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə zəif şimal-şərq küləyi əsəcək, dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Sizin Reklam Yeriniz