Əlaqə Arxiv
news Image
2020.04.03
14:17
| A A A
Bəzi yerlərdə yağış, Şahdağda 2 sm qar yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mövqe.az-a verilən məlumata əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, Ağstafa, Gəncədə 20 m/s, Xaçmaz, Bərdə, Şəmkirdə 18 m/s, Qazıməmməddə 16 m/s, Mingəçevirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Çilov adasında 25 m/s, Bakıda 24 m/s, Pirallahıda 23 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, aran rayonlarında 15-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 10-18, Ordubadda 24 dərəcəyədək isti olub.

Sizin Reklam Yeriniz