Əlaqə Arxiv
news Image
2020.09.22
13:08
| A A A
Sabahın hava proznozu açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu  olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.  Cənub-şərq küləyi əsəcək.  
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz  təşkil edəcək.
Sentyabrın 23-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz  13-17 dərəcə  isti olacaq.   
Tibbi-meteoroloji proqnoz
 Sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əlverişlidir.
Sizin Reklam Yeriniz