Əlaqə Arxiv
news Image
2020.11.10
14:06
| A A A
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Noyabrın 11-i gündüzdən 13-dək Azərbaycan rayonlarının bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Sizin Reklam Yeriniz