Əlaqə Arxiv
news Image
2021.05.02
13:32
| A A A
Mayın 3-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xidmətdən bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq.

Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Sizin Reklam Yeriniz