Əlaqə Arxiv
news Image
2017.04.13
12:56
| A A A
Hava yenidən pisləşir: Qar və yağış yağacaq

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, arabir zəif duman, gecə və axşam isə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 7-10, gündüz 14-19 dərəcə, yarımadanın bəzi yerlərində 22-24 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gecə və səhər əsasən qərb rayonlarında, gündüz isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Sizin Reklam Yeriniz