Ap relin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış
yağacağı gözlənilir.
ETSN-dən Movqe.az-a bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-19° isti,
Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, Mayın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti,
dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.