Əlaqə Arxiv
news Image
2021.06.10
14:25
| A A A
Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqəyə start verilir!

Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrəMilli Olimpiada komandasının məğrur tərəfdaşı “AzercellTelekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edəbiləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsrolunub. 

 

Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyunayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildəiyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqəninfinal turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblərbeynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar. 

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsaltexnologiyalara, informatika elminə, kompüter mühəndisliyi vəproqramlaşdırmaya marağı olan məktəblilərə dəstəkolmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

 

Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrəbeynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzindəAzərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olanşagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslıproqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

 

Müsabiqə haqqında əlavə məlumatüçün [email protected] elektron ünvanına müraciət edəbilərsiniz. 

 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 

 

Sizin Reklam Yeriniz