Əlaqə Arxiv
news Image
2018.06.06
21:30
| A A A
Dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlanıb

“Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb. Movqe.az-ın şirkətin rəsmi saytına istinadən məlumatına görə, siyahı idmançıların ötən ilin iyun ayından bu aya qədər olan qazanclarına əsasən müəyyənləşdirilib.
 
Keçən il Konor Makqreqorla döyüşdən əldə etdiyi gəlir sayəsində illik qazancını 285 milyon dollara çatdıran keçmiş boksçu Floyd Meyvezer zirvədə yer alıb. Bununla o, son 7 ildə 4-cü dəfə liderliyi heç kimə verməyib.
 
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi 111 milyon avro ilə ikinci sırada qərar tutub. İlk “üçlüy”ü isə son iki ildə lider olan “Real”ın portuqaliyalı qolçusu Kriştianu Ronaldo qapayıb – 108 milyon avro.
 
2010-cu ildən bəri ilk dəfə qadın idmançılardan heç kim ilk “100-lüy”ə düşə bilməyib.
 
Son bir il ərzində ən çox qazanc əldə edən 10 idmançı:
1. Floyd Meyvezer (boks) – 285 milyon avro
2. Lionel Messi (futbol) – 111 milyon
3. Kriştianu Ronaldo (futbol) – 108 milyon
4. Konor Makqreqor (boks) – 99 milyon
5. Neymar (futbol) – 90 milyon
6. Lebron Ceyms (basketbol) – 85,5 milyon
7. Roje Federer (tennis) – 77,2 milyon
8. Stefen Kurri (basketbol) – 76,9 milyon
9. Matt Rayan (Amerikan futbolu) – 67,3 milyon
10. Mettyu Stefford (Amerikan futbolu) – 59,5 milyon

Sizin Reklam Yeriniz