Əlaqə Arxiv
news Image
2020.08.18
08:35
| A A A
Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinin oyunları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 5 qarşılaşma keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. Matçlardan sonra növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq. Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər II raunda vəsiqə əldə edəcəklər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək. 18 avqust Çempionlar Liqası I təsnifat mərhələsi 20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) 21:00. "Legiya" (Polşa) – "Linfild" (Şimali İrlandiya) 22:00. "Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) 22:45. "Seltik" (Şotlandiya) – "Reykyavik" (İslandiya) 23:00. "Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da da olacaq.
Sizin Reklam Yeriniz