Əlaqə Arxiv
news Image
2020.12.04
21:51
| A A A
Bakı klubunun legionerində koronavirus aşkarlandı
"Keşlə" klubunda koronavirusa yoluxmuş futbolçuların sayı 11-ə çatıb. "Report"un əldə etdiyi məlumata görə, son olaraq komandanın yarımmüdafiəçisi Con Kamarada infeksiya aşkarlanıb. Sierra leoneli oyunçudan götürülmüş analizin nəticəsi müsbət çıxıb. Karantinə alınan 32 yaşlı futbolçunun müalicəsinə başlanılıb. Qeyd edək ki, "Keşlə"də daha əvvəl Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov, Miyusko Boyoviç, Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli virusa yoluxub. Son 3 oyunçu artıq xəstəlikdən sağalıb.
Sizin Reklam Yeriniz