Əlaqə Arxiv
news Image
2021.01.10
19:35
| A A A
"Mançester Yunayted"in futbolçusu koronavirusa yoluxub
"Mançester Yunayted"də bir futbolçu koronavirusa yoluxub. Sport7.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 19 yaşı yarımmüdafiəçi Fakundo Pellistrinin testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən uruqvaylı oyunçu komandadan təcrid olunub. "Qırmızı şeytanlar" bu gün İngiltərə kubokunun 3-cü mərhələsində "Uotford"la qarşılaşacaq. Fakundo Pellistri "Mançester Yunayted"ə ötən ilin yayında "Penyarol"dan keçib.
Sizin Reklam Yeriniz