Əlaqə Arxiv
news Image
2021.01.15
09:43
| A A A
"Hər şey planlaşdırdığımız kimi gedir" - Visente Qomes
"Bank Respublika Arena"da baş tutan "Sabah"- "Səbail" matçından sonra meydan sahiblərinin baş məşqçisi Visente Qomes fikirlərini bildirib. Sport7.az xəbər verir ki, ispan mütəxəssis bunları söyləyib: "Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız məşqlərinə problemsiz davam edə bilsinlər. Bu gün hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəmizi sınadıq. Qalib gəlmək həmişə yaxşıdır, lakin anlamalıyıq ki, bu gün sərgilədiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq üçün kifayət deyil". "Səbail"lə yoxlama oyunu yeni transfer Tiemoko Fofana üçün əlamətdar olub. Belə ki, gənc hücumçu "göy-ağ" formada ilk oyununu keçirib. Qomes yeni Fofananın komandadakı ilk oyununu da dəyərləndirib: "Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Bu matçda meydanda yaxşı çalışdı. Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaqdır". "Sabah" qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də saat 18:00-da, "Bank Respublika Arena"da "Qarabağ"a qarşı keçirəcək.
Sizin Reklam Yeriniz