Fifa Argentina milli komandasını cərimələyib. Cərimənin həcmi 25 min avro təşkil edir. Buna səbəb komandanın Mundialdan öncə Sloveniya ilə keçirdiyi yoldaşlıq görüşündə siyasi banerlə şəkil çəkdirməsi olub. Qarşılaşma iyunun 7-i paytaxt Buenos-Ayresdə baş tutmuşdu. Banerin üzərində "Las malvinas son Argentinas", yəni "Malvin (Folklend) adaları Argentinaya məxsusdur" sözləri yazılıb.
Bununla Argentina Futbol Assosasiyası FİFA-nın İntizam Kodeksinin 60-cı (stadionlarda təhlükəsizliyin təmin edilməsi) və 52-ci (kollektiv şəkildə intizam pozuntusu) maddələrini pozub. FİFA cərimə sanksiyasını "siyasətdən kənar futbol" prinsipinə görə tətbiq etdiyini nəzərə çatdırıb.Xatırladaq ki, daha əvvəl Beynəlxalq futbol qurumu Mundialda mətbuata biganə yanaşdığına görə cərimələmişdi.
Malvin (Folklend) adaları 2 böyük və 200 kiçik adadan təşkil olunmuş arxipelaqdır. Bura okean resursları ilə zəngin olmaqla Antraktidaya "giriş qapısı" rolunu oynayır. 1982-ci ildə arxipelaqda nəzarəti ələ keçirmək uğrunda Britaniya Krallığı və Argentina arasında 74 günlük müharibə baş vermişdi. Bunun nəticəsində 1000-ə qədər insan həlak olmuşdu