Əlaqə Arxiv
news Image
2014.10.29
16:55
| A A A
“Neftçi” “Bakı”nı diz çökdürdü

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib.Movqeaz xəbər verir ki, Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edib. Gərgin keçən oyunda qonaqlar minimal hesabla qalib gəlib. Oyunun 21-ci dəqiqəsində "Qəbələ"nin slovakiyalı müdafiəçi Pavol Farkaşın vurduğu qol komandaya 3 xal qazandırıb.

Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gəlib. Bu il bərbad oyunu ilə yadda qalan "Bakı" doğma meydanda darmadağın olub. Oyunun 38-ci dəqiqəsində "Neftçi"nin qaradərili yarımmüdafiəçisi Julius Vobay hesabı açıb. "Bakı" klubunun futbolçusu Nurlan Novruzov 55-ci dəqiqədə hesaba tarazlıq gətirsə də, Araz Abdullayev və Kaue de Silvanın vurduğu qollarla flaqman 1:3 hesabı ilə vacib 3 xalı qazanıb.

Turun digər matçında isə ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq. Sumqayt şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da baştutacaq.

Premyer Liqada o qədər də baxımlı futbol sərgiləməyən AZAL klubu isə dogma meydanda "Simurq"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:00-da

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyuna saat 18:00-da start veriləcək.

Sizin Reklam Yeriniz