Əlaqə Arxiv
news Image
2015.08.19
17:22
| A A A
"Neftçi" Enforu qovdu

"Neftçi" 2 ay davam edən danışıqlardan sonra futbolçu Ernest Nforla müqaviləyə qarşılıqlı anlaşma əsasında xitam verib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib ki, Kamerunlu futbolçu ilə bağlanmış müqaviləyə əsasən Ernest Nfor 2016-cı ilə qədər "Neftçi"də çıxış etməli idi. Ötən mövsüm 19 oyunda ümumiyyətlə meydana çıxmamış futbolçu ilə qarşılıqlı anlaşmanın əldə olunması istiqamətində görüşlər 17.06.2015-ci il tarixdə start götürmüş Avstriya təlim-məşq toplanışı zamanı başlanmışdı. Lakin futbolçu ilə bağlanmış müqavilə şərtlərinin "Neftçi" PFK üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirib. Bu müddətdə belçikalı Emil Mpenzanın işində kluba yaxından köməklik göstərən vəkillərin də işə cəlb edilməsi danışıqların müsbət yekunlaşması ilə nəticələnib. Belə olan halda klub müəyyən məbləğdə kompensasiya ödəməklə böyük maliyyə riskinin və ikinci Emil Mpenza probleminin yaşanmasının qarşısını almış olub. Əks halda "Neftçi" növbəti dəfə FİFA tərəfindən tətbiq ediləcək böyük maliyyə sanksiyası ilə üz-üzə qalacaq və klubun beynəlxalq imicinə ağır zərbə vurulacaqdı.

Futbolçu ilə bağlanmış müqavilə əvvəllər açıqlandığı kimi 2015-ci ilədək deyil, 2016-cı ilədək qüvvədə idi. Bu müddətdə gedən proses barədə ictimaiyyətə hər hansı məlumatın verilməsi danışıqların uğursuz nəticələnməsinə səbəb ola bilərdi. "Neftçi" PFK Ernest Nfora klubdakı çıxışına görə təşəkkür edib və kamerunlu futbolçuya gələcək karyerasında uğurlar azulayıb.

Klubdan bildirilib ki, Ernest Nforla bağlanmış müqaviləyə əlverişli şərtlər əsasında xitam verilməsi "Neftçi"nin transfer siyasətində növbəti addımların atılması üçün şərait yaradacaq. Klub yaxın günlərdə azarkeşlərini yeni transfer xəbəri ilə sevindirəcəyini açıqlayıb.


Sizin Reklam Yeriniz