Əlaqə Arxiv
news Image
2015.09.28
22:00
| A A A
"Klopp "Bavariya"ya uyğun gəlir"

Almaniyanın tanınmış futbol məşqçisi Feliks Maqat gənc həmkarı Qvardiolanın "Bavariya"dakı perspektivi barədə fikirlərini açıqlayıb.Movqe.az Goal.az-a isitinadən məlumat verir ki, Maqat Münhen klubunun sükanı arxasında "Borussia"nın sabiq çalışdırıcısı Yurqen Kloppu görmək istədiyini bildirib.

"9 aydan sonra "Bavariya"da kimin məşqçi olacağına şübhəm yaranır. Qvardiola bu məsələyə işıq tutmaqdan imtina edir. Beləliklə, Kloppun ən real namizədlərdən olduğu aydınlaşır. Onun agenti məşqçinin "Borussia Monchengladbach"a keçəcəyini qətiyyətlə inkar etdi. Görəsən, bu, daha ciddi tapşırıq üçün deyil ki? Fikrimcə, Klopp "Bavariya"ya uyğun gəlir. Onun "Borussia"lı olmasının da bir fərqi yoxdur".


Sizin Reklam Yeriniz