"Barcelona"nın dayaq yarımmüdafiəçisi Serxio Buskets komandanı tərk etməyə iki şəxsin təsir göstərə biləcəyini qeyd edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, futbolçu bu barədə deyib:"Artıq demişəm ki, "Barca"da qalmaq qərarımı yalnız iki insan dəyişə bilər. Əvvəla, həyat yoldaşım. O, Barselonada özünü xoşbəxt hiss edir. Bu səbəbdən şəxsi baxımdan problem olacağını düşünmürəm. İdman baxımında ikinci şəxs Xosep Qvardioladır. Sözsüz ki, ona çox şeyi borcluyam. Onun rəhbərliyi altında yenidən oynamaq mənim üçün şərəf olardı. Amma Xosep bilir ki, "Barcelona" həm mənim, həm də onun klubudur. Bu komandanı tərk etmək üçün mənə müraciət etməz. Ümid edirəm ki, karyeramı bitirəndə tarixə titullar qazanmış böyük futbolçu kimi keçərəm. "Barcelona"da ən çox oyun keçirmiş futbolçuların arasında olmaq istəyirəm".