Əlaqə Arxiv
news Image
2012.04.22
23:09
| A A A
"Liverpul"un hücumçusu Bundesliqa yolunda

"Liverpul" klubunun hücumçusu Dirk Kuyta daha bir komandadan təklif gəlib. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçuya bu dəfə Almaniyanın "Hamburq" klubu "elçi" düşüb.

"Liverpul"la müqaviləsi 2013-cü ildə başa çatacaq 31 yaşlı futbolçu komandası ilə yeni müqavilə imza imzalamayacaq. Bundan həvəslənən "Hamburq" rəhbərliyi Kuytla danışıqlara başlamaq niyyətindədir. Ancaq daha 3 komandanın Kuytu transfer etmək istəməsi "Hamburq"un işini çətinə salır. Qeyd edək ki, "Hamburq"la yanaşı, "Roma", "Feynord" və "Fiorentina" klubları da Kuytla yaxından maraqlanır.

Sizin Reklam Yeriniz