Əlaqə Arxiv
news Image
2013.01.04
12:47
| A A A
Ronaldo boşandı
Dünyanın ən məşhur futbolçularından biri, braziliyalı Ronaldo yenə boşanıb. Bu minvalla "Həvədiş"in üçüncü nikahı da dağılıb. "Selesao" ləqəbli futbolçu və onun arvadı Bia Antoni 7 illik nikahdan sonra ayrılmaq qərarına gəliblər. Onların iki uşağı İspaniyada, Antoni ilə olacaq. Ronaldo isə Braziliyanı tərk etmək niyyətində deyil. Antoni ilə nikaha qədər Ronaldo teleaparıcı Syuzanna Verner və Braziliyanın qadınlardan ibarət futbol yığmasının oyunçusu Milena Domingeslə münasibətlərdə idi.

2005-ci ildə isə o, İtaliyadakı orta əsr qəsrində 700 min avroluq toy edərək model Daniela Çikareli ilə evlənmişdi. Ronaldonun məşuqələri arasında model Oliveyra Reyki, "Playboy" gözəli Libiya Lemos və supermodel Mireya Kanalda da var.

Sizin Reklam Yeriniz