Bu gün cüdo üzrə Antalya Qran-Prisinə start veriləcək.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparacaq.
Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 cüdoçu tatami üzərinə çıxacaq.
Kişilər
66 kq
Bu çəki dərəcəsində çıxış edən İlkin Babazadə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi bosniyalı Petar Zadro olacaq. İdmançımız qalib gəlsə, 1/8 finalda moldovalı Denis Vieru ilə qarşılaşacaq.
Vüqar Şirinli də eyni çəkidə çıxış edir və turnirə eyni mərhələdən başlayacaq. Cüdoçumuz ilk olaraq özbəkistanlı Sərdor Nurillayevi sınağa çəkəcək. Mümkün qələbə Vüqara 1/8 finalda monqol Altansux Dovdonu rəqib edəcək.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz yarışa 1/8 finaldan başlayacaq.
Ayşə Qurbanlının ilk rəqibi çinli Çen Qyao olacaq. Mümkün qələbə sayəsində Ayişənin 1/4 finaldakı rəqibi Noa Minsker (İsrail)/Şahnaz Güz (Türkiyə) cütünün qalibi olacaq.
Gültac Məmmədəliyeva isə portuqaliyalı Maria Siderotla üz-üzə gələcək. Qalib gələcəyi təqdirdə isə Gültacın rəqibi Sabina Giliyazova (Rusiya)/Tuğba Yayla (Türkiyə) cütünün qalibi olacaq.
52 kq
Yeganə təmsilçimiz Nəzakət Əzizova meydan sahibi İrem Korkmazla qarşılaşacaq. Cütün qalibi israilli Gili Kohenlə üz-üzə gələcək.
57 kq
Bu çəkidə iki xanım idmançımız yarışacaq.
Leyla Şahin rus Aygül Kutsenko ilə qarşılaşacaq. Qalib gəlsə, Leylanın rəqibi Xulan Seregbaatar (Monqolustan)/Seyma Özərlər (Türkiyə) cütünün qalibi olacaq.
Nərgiz Hacıyeva isə özbək Sənubər Sultanova ilə rəqib olacaq. Sonrakı mümkün rəqib isə israilli Timna Nelson Levi olacaq.