Əlaqə Arxiv
news Image
2014.02.15
20:34
| A A A
Kikboksçuların ixtiyarına yeni idman zalı verilib
İdman zalının açılışında Kikboksinq Federasiyasının rəsmiləri ilə yanaşı xeyli sayda idmançılar da iştirak edirdi. Onlar arasında yığma komandamızın uzvü, dünya çempionu Eduard Məmmmədov və Qloriya Yarışlarının son qalibi Holland kikboksçu Riko Verhoven də var idi. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu cür zalların idmançıların beynəlxalq yarışlara daha yaxşı hazırlaşması üçün zəmin yaratdığını dedi. Daha sonra həvəskar kikboksçular yeni zallarında ilk məşqlərini də keçirdilər. Qadın və kişi kikboksçularımızın yüksək səviyyədə məşq etmələri üçün burada hər bir şərait yaradalıb. Gələcəkdə isə kikboksçularımızı may ayında Macarıstanda keçiriləcək dünya çempionatı gözləyir.
Sizin Reklam Yeriniz