Əlaqə Arxiv
news Image
2014.03.21
17:35
| A A A
Avroliqanın püşkü atıldı: "Yuventus"...

Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasimdə yarımfinala vəsiqə uğrunda yarışacaq 4 cütlük müəyyənləşib.

 

 

1/4 finalda İspaniya və Portuqaliya 2 komanda ilə təmsil olunacaq. İtaliya, Fransa, Hollandiya və İsveçrənin isə bir təmsilçisi yarımfinala vəsiqə uğrunda yarışacaq.

 

Püşk "Yuventus"u Lion "Olimpik"i ilə üz-üzə qoyub. "Portu" "Sevilya"ya rəqib olub. "Benfika" "Alkmaar"ı, "Valensiya" "Bazel"i sınağa çəkəcək.

 

Avropa Liqası

1/4 final

3-10 aprel

 

Alkmaar (Hollandiya) - Benfika (Portuqaliya)

Olimpik (Lion, Fransa) - Yuventus (İtaliya)

Bazel (İsveçrə) - Valensiya (İspaniya)

Portu (Portuqaliya) - Sevilya (İspaniya)

Sizin Reklam Yeriniz