Əlaqə Arxiv
news Image
2014.04.14
18:30
| A A A
Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı keçiriləcək
Bu, bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyan Azərbaycan çempionatıdır

Atletika 19 aprel tarixində Bakıda Bədii Gimnastika üzrə 21-ci Azərbaycan Çempionatı keçiriləcək.
Movqe.az-ın məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak edəcəklər. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaqlar. Azərbaycanın hazırkı çempionu Marina Durunda şübhəsiz ki, öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. 1-ci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar. Yarışlarda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" Klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak edəcəklər. Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və 13-15 iyun tarixlərində təşkil olunacaq bədii gimnastika üzrə Avropa Çempionatı öncəsi test-turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırıb. Çempionat, ölkənin ən yaxşı gimnastlarının iştirak edəcəyi Qala konsertin parlaq nümunəvi çıxışları ilə yekunlaşacaq.

Sizin Reklam Yeriniz