Əlaqə Arxiv
news Image
2014.04.17
11:42
| A A A
Aslanlar yenə meydanda

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Movqe.az-ın  məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Bursaspor" öz meydanında "Qalatasaray"ı qəbul edib. Meydan sahibləri görüşün əvvəllərində 2:0 hesabı ilə önə çıxsa da, "Qalatasaray" 5 qol vuraraq qələbəsini təmin edib və finala adlayıb. Komandalar arasında ilk qarşılaşmada 2:2 hesablı nəticə qeydə alınmışdı.


Qeyd edək ki, digər finalçı bu gün keçiriləcək "Antalyaspor" - "Eskişehirspor" matçından sonra bəlli olacaq.


Sizin Reklam Yeriniz