Əlaqə Arxiv
news Image
2014.04.17
17:47
| A A A
"Borrusiya"nın hücumçusunun ürəyindəki klub hansıdır?

"Roys "Mançester Yunayted"də oynamaq istəyir"

Mövsümün sonunda "Borussiya" (Dortmund) klubunu daha bir futbolçu tərk etməyə çox yaxındır.


Movqe.az-ın qol.az-a istinadən məlumatına görə, "Mançester Yunayted" Dortmund təmsilçisinin aparıcı oyunçularından olan Marko Roysu transfer etmək istəyir.


"Bavariya"nın yarımmüdafiəçisi Mario Qötze isə keçmiş komanda yoldaşının "MY"a getməyə müsbət baxdığını bildirib. O deyib ki, "Borussiya"da oynayarkən Roys ona bu barədə deyib: "Roys "MY"a getmək istəyirdi. Əminəm ki, bu fikrini dəyişməyib".


Qeyd edək ki, Qötze ötən il "Borussiya"dan "Bavariya"ya transfer olunub. Komandanın əsas qol silahlarından olan Robert Levandovski də yeni mövsümdən Münhen təmsilçisində oynayacaq.


Sizin Reklam Yeriniz