Əlaqə Arxiv
news Image
2014.04.23
19:41
| A A A
İşıqpulunu ödəməyən sakin elektrik işçisini ölümcül döydü

Ağcabədidə ölümcül döyülmə faktı ilə nəticələnən insident baş verib. Movqe.az El TV-yə istinadən xəbər verir ki, Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşı Ziyəddin Səfər oğlu Əbülhəsənov dəfələrlə edilən xəbərdarlığa rəğmən işıqpulunu ödəməyən Hacıbədəlli kənd sakini Mehman Əmir oğlu Hüseynovun evinə gedən elektrik naqilini akt əsasında kəsib. 


Bundan sonra ev sahibi ilə elektrik arasında mübahisə yaranıb. Mehman Hüseynov dəmir linglə Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşını ölümcül döyüb. Ziyəddin Əbülhəsənov Ağcabədi Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz