Əlaqə Arxiv
news Image
2014.09.02
17:44
| A A A
Azad Rəhimov: “Çimərlik futbolunun Azərbaycanda parlaq gələcəyi var”

"Çimərlik futbolu gələn il Bakıda keçiriləcək ilk Olimpiya oyunlarında yüksək səviyyədə təqdim olunacaq".

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın movqe.az-a verdiyi məlumata görə, A. Rəhimov Bakıda keçirilmiş "Euro Beach Soccer Cup Baku 2014"-ü seyr edib. Çimərlik futbolunun böyük həvəskarı olduğunu qeyd edən nazir bunları deyib: "Çox şadam ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək Avropa Olimpiya oyunlarında digər idman növləri sırasında olacaq və dünya şöhrətli komandalar ölkəmizə təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək".

"Euro Beach Soccer Cup Baku 2014"-ə qatılan nazir Azad Rəhimov eyni zamanda Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directoru Joan Cusco, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı direktorunun müavini Gabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.

Nazir deyib ki, dövlət idmanın inkişafına yüksək səviyyədə diqqət verib, maliyyə vəsaiti ayırır: "Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır. Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacayıq".

Sizin Reklam Yeriniz