Bu qızıllarla 3 "Azadlıq Heykəli" hazırlana bilər
Movqe.Az bildirir ki, Rusiya Prezidenti
Vladimir Putin ölkəsini dünyanın ən böyük qızıl müştərisi halına
gətirib. Rus Mərkəzi Bankı son 10 ildə ehtiyatına 570 ton qızıl
əlavə edərək Çin Mərkəz Bankını geridə buraxıb. Alınan qızılın
ağırlığı ABŞ-dakı Azadlıq Heykəlindən 3 dəfə ağırdır. 1998-ci ildə
Rusiyada 28 barrel neftlə bir üns qızıl alına bilinirdi. Putinin
gəlməsiylə bu rəqəm 2005-ci ildə 11.5 -ə, sonra da 6.5-ə qədər
geriləyib. Daha aydın desək, qızılın alqı gücündəki artım Rusiyanın
iştahını artırıb. Rusiyanın qızıl alımındakı sürətlənməyə
baxmayaraq ABŞ hələ də qızıl bazarının hakimi mövqeyindədir. ABŞ-ın
8 min 134 ton qızılı var.