İSESCO-nun baş direktoru: Bakı Şopinq Festivalı çox ciddi layihədir
Aprelin 10-dan mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalı çox ciddi layihədir.
Mpvqe.az festivalın saytına istinadən xəbər verir ki, bunu İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib.
Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: "Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.