Əlaqə Arxiv
news Image
2017.06.01
08:00
| A A A
Manatın bahalaşma dövrü başlanır
Rəşad Həsənov: “Növbəti dövrlərdə tendensiya bu istiqamətdə gedəcəksə, böyük ehtimalla, Mərkəzi Bankın depozit hərracları dayandırılacaq”

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov  bildirib ki, manatın məzənnəsinin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür. Manatın məzənənsinin möhkəmlənmə riski nədən qaynaqlanır və müdaxilə olmasa, manat xarici valyutalar, o cümlədən dollar qarşısında möhkəmlənə bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Nərkəzi Bank indiki şəraitdə manatın məzənnəsinin daha da möhkəmlənməsində maraqlı deyil: “Manatın məzənnəsinin möhkəmlənməsi risqi neftin qiyməti və bu qiymətdən qaynaqlanan xarici ticarət saldosu və tədiyyə balansında müsbət dinamika meyllərinin güclənməsilə bağlıdır. Ötən ilin anoloji dövründə tədiyyə balansında 1,2 milyard dollara yaxın kəsir var idisə, bu il əksinə 1,1 milyard dollara yaxın müsbət saldo müşahidə edilir. Oxşar tendensiya ticarət balansında da özünü göstərir. 

Dövlət büdcəsi vəsaitləri hesabına idxala məhdudiyyətlərin tətbiq olunması müddəti 2018-ci ilin yanvarın əvvəlinə kimi qüvvədədir. Digər tərəfdən, alıcılıq qabiliyyətinin aşağı düşməsi, istehlak imkanlarını məhdudlaşdırıb. Onu da nəzərə alaq ki, son iki ildə Mərkəzi Bank sərt monetar siyasət həyata keçirir. Eyni zamanda, hökumət fiskal siyasətini daha daraldıcı istiqamətə yönəldib. Belə bir şəraitdə əlbəttə ki, manatın məzənnəsində güclənmə müşahidə oluna bilər. Hazırda Mərkəzi Bank böyük ehtimalla cəhd göstərir ki, manatın möhkəmlənməsi nəzarət edilən səviyyədə olsun. Mərkəzi Bank xüsusilə son iki ayda manatın tam olaraq möhkəmlənməməsinə cəhd göstərir. Növbəti dövrlərdə tendensiya bu istiqamətdə gedəcəksə, böyük ehtimalla, Mərkəzi Bankın depozit hərracları dayandırılacaq”. 

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz