Əlaqə Arxiv
news Image
2017.06.01
14:20
| A A A
"Forbes": Peterburq forumlarında imzalanan ən iri layihələrdən biri SOCAR-la bağlanıb
Ötən il Qazprombank, Rusiya İxrac Kredit Agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və SOCAR arasında anlaşma memorandumu imzalanıb

Ənənəvi keçirilən Peterburq forumu tarixinin ən iri anlaşmaları siyahısında "Rosneft" şirkətinin 3 layihəsi yer alıb. Movqe.az-ın "Forbes.ru" saytına istinadən verdiyi xəbərə görə, forumda səsləndirilən layihələr arasında sabitliyi ilə seçilən xammal sektoru olub. 

Forumlarda razılaşdırılan ən iri 10 layihədən 4-ü isə həyata keçirilməmiş qalıb. 
Peterburq forumlarının ən iri anlaşması "Rosneft"lə Çinin CNPC dövlət neft-qaz şirkəti arasında 2013-cü ildə imzalanıb. Bu anlaşmanın qiyməti 270 mlrd. ABŞ dolları təşkil edib. Layihə 25 il ərzində Çinə 365 mln. ton neftin ixracını nəzərdə tutur. 
İkinci ən iri anlaşma "Rosneft"lə Polşanın "Orlen" şirkəti arasında 2013-cü ildə imzalanıb və ümumi dəyəri 7 mlrd. dollar təşkil edir. 
Forum tarixində üçüncü ən böyük anlaşma isə 2016-cı ildə Rusiya "Qazprombank"ı, Rusiya İxrac Kredit Agentliyi (EXAR), İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Bu, Azərbaycanda neft-qaz-kimya kompleksinin inşası və maliyyələşdirilməsi üzrə qarşılıqlı anlaşma memorandumu olub. Yeni neft-kimya layihəsi Azərbaycanda Rusiya və İtaliya tərəfdaşları ilə qaz emalı və qaz-kimya komplekslərinin inşasını nəzərdə tutub. Layihənin ümumi dəyəri 3,5 mlrd. ABŞ dolları təşkil edib.
Digər layihələr isə "Aeroflot" və "Boeing" (baş tutmayıb), "PİK" və "Morskoy fasad" (baş tutmayıb), "VEB"in törəməsi və Nijniy Novqorod vilayəti, "Rosneft" və Hindistanlı investorlar qrupu, "Avtodor" və "Stroyqazkonsaltinq" (baş tutmayıb), "RJD" və "Siemens", "Transaero" və "Airbus" (baş tutmayıb) sazişləridir.

Sizin Reklam Yeriniz